"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
***
00:08
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.
00:03
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
16 sentyabr, 23:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
23:32
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.
30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
23:19
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.
16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
23:07
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.
23:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.