• Bakı 18° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Yamal Barselonanın ÇL matçını da buraxacaq
İDMAN
17 Sentyabr 2025 | 00:15

Yamal "Barselona"nın ÇL matçını da buraxacaq

"Barselona"nın hücumçusu Lamin Yamal 18 sentyabrda keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Nyukasl"la oyunu buraxacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. 

Buna səbəb 18 yaşlı oyunçunun qasıq nahiyəsindəki olan zədəsidir. 

Daha öncə futbolçu 14 sentyabrda La Liqanın 4-cü turunda "Valensiya"ya qarşı (6:0) oyunda iştirak edə bilməyib. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik bildirib ki, Yamal İspaniya milli komandası ilə keçən oyunlar üçün səfərə gedərkən ağrılar hiss edib.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində La Liqada üç oyunda iştirak edib və bu matçlarda iki qol vurub, üç məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025