• Bakı 18° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Zelenski Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazırdır
DÜNYA
17 Sentyabr 2025 | 01:31

Zelenski Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazırdır

Ukrayna lideri Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə “heç bir şərt olmadan” görüşməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Sky News"a müsahibəsində deyib. 

"Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda - heç bir şərt olmadan görüşməyə hazıram", - deyə Zelenski bildirib. 

Eyni zamanda, Zelenski belə bir görüş üçün Moskvaya getmək niyyətində olmadığını açıqlayıb. Onun sözlərinə görə, danışıqlar başqa ölkədə aparıla bilər. 


SON XƏBƏRLƏR

16 Sentyabr 2025