• Bakı 18° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Qurban Qurbanov tarixi qələbəni belə ŞƏRH ETDİ

İDMAN

17 Sentyabr 2025 | 01:37

Qurban Qurbanov tarixi qələbəni belə ŞƏRH ETDİ

"Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025