• Bakı 25° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Bloomberg: BRICS-in Onlayn Zirvəsi bir neçə saat davam edəcək
SİYASƏT
08 Sentyabr 2025 | 14:00

Bloomberg: BRICS-in Onlayn Zirvəsi bir neçə saat davam edəcək

Sentyabrın 8-də başlayacaq BRİCS ölkələrinin onlayn sammiti bir neçə saat davam edəcək və sonda birgə bəyanat gözlənilmir. 

Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, çıxışlar mətbuata qapalı olacaq və hər bir lider media üçün fərdi bəyanatlar dərc edib-etməyəcəyinə özü qərar verəcək.

Məlumata görə, assosiasiyanın Braziliya rəhbərliyinin təşəbbüsü ilə çağırılan videokonfrans formatında fövqəladə sammiti çoxqütblülük təhdidlərinin və BRİCS-in ABŞ-nin tarif tədbirləri və sanksiyalarına reaksiyasının müzakirəsinə həsr olunacaq.

Qeyd edək ki, sammitdə Rusiya lideri Vladimir Putin, Çin prezidenti Si Cinpin, Cənubi Afrika prezidenti Siril Ramafosa və Hindistanı xarici işlər naziri Subrahmanyam Caishankar da iştirak edəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR