• Bakı 25° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Ətin bahalaşması qaçılmazdır: İqtisadçıdan BƏDBİN PROQNOZ: Ən azı 30 faiz...

CƏMİYYƏT

08 Sentyabr 2025 | 14:27

Ətin bahalaşması qaçılmazdır: İqtisadçıdan BƏDBİN PROQNOZ: Ən azı 30 faiz...

Son günlər ətin qiymətinin rekord səviyyədə bahalaşacağı ilə bağlı məlumatlar yayılır.

Bakıvaxtı.az-ın araşdırmasına görə, 2025-ci ilin ilk yarısında mal ətinin qiyməti əvvəlki illə müqayisədə artmaqda davam edir. Hazırda Bakıda və böyük şəhərlərdə bir kiloqram təzə mal ətinin pərakəndə satış qiyməti əsasən 18-22 manat aralığında dəyişir. Bəzi premium, orqanik və xüsusi kəsim mallar üçün bu qiymət 23-25 manat-adək yüksələ bilər. Regionlarda isə əsasən 17-20 manat aralığında dəyişir.

2025-ci ildə Bakıda və əsas regionlarda təzə qoyun ətinin kiloqramı 20-26 manat arasında dəyişir. Xüsusi yaylaq qoyun əti və ya “bio” məhsullar üçün qiymət 27-28 manat-a qədər çata bilər. Dana ətinin bir kiloqram üçün qiymət 22-28 manat aralığındadır. Ən əlçatan və ucuz ət növlərindən biri olaran toyuq ətinin pərakəndə qiyməti 7-9 manat aralığındadır. Bəzi markalı və qablaşdırılmış toyuq məhsulları isə 9-10 manat-a təklif olunur. Ölkəmizdə keçi əti geniş yayılmasa da, bu il bir kiloqram keçi ətinin orta qiyməti 18-22 manat-dır.

Qarşıdakı dövrdə ətin qiymətində hansı dəyişikliklər gözlənilir? Əgər bahalaşma olarsa, buna hansı amillər təsir edəcək?

Mövzu ilə bağlı iqtisadi Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ətin bahalaşmasına təsir edən başlıca amillərdən biri idxaldan asılılıqdır. Onun sözlərinə görə, Azərbaycan sürətlə mal və qoyun ətini xaricdən idxal etməyə başlayıb və bu göstəricilər ildən-ilə artmaqdadır:

"Statistik göstəricilərə əsasən, 2024-cü ildə idxal iki dəfədən çox artıb. 2023-cü ildə Azərbaycan Monqolustandan 20 ton mal və qoyun əti idxal etmişdisə, 2024-cü ildə bu rəqəm 391 tona çatıb. Bütövlükdə ölkəmiz xarici ölkələrdən 30 min tona yaxın mal və qoyun əti idxal edib. Yəni, son ii ildə bu göstəricilər 2-3 dəfəyə qədər artıb. İdxaldan asılılıq isə qiymətlərdə dalğalanmalara səbəb olur. Xarici bazarlarda qiymətlərin artması Azərbaycan bazarına da təsirsiz ötüşmür. Nəticə etibarilə ətin qiymətinin bahalaşması gözləniləndir".

İqtisadçının fikrincə, ətin bahalaşmasına təsir edən digər faktor mövsümi xarakter daşıyır. Havaların soyuması, toy və digər şənliklərin mövsümünün başlaması ətə olan tələbatı yüksəldir. Ona görə də ətin qiyməti 10-15 faiz civarında bahalaşır.

Razi Abasbəyli: Azərbaycan hər yeni mövsümdə qiymətlərin bahalaşması ilə üzləşir

"Bundan başqa, ölkəmizdə örüş sahələrinin sürətlə azalması, yem ehtiyatlarının olmaması və yemin xaricdən idxal olunması ətin maya dəyərinin bahalaşmasına yol açır. Azərbaycan əsasən maldarlıq üzrə yem və baytarlıq təchizatını idxal edən ölkədir. Bu faktorlar və eyni zamanda fermerlərin maldarlıq təsərrüfatında saxladığı heyvanlar erkən dövrdə kəsərək satışa göndərməsi iri və xırdabuynuzlu heyvanların sayının azalmasına səbəb olur. Nəticədə ölkənin daxili tələbatının ödənməsi çətinləşir", - deyə müsahibimiz izah edib.

Razi Abasbəyli hesab edir ki, Azərbaycan hər yeni mövsümdə qiymətlərin bahalaşması ilə üzləşir. Bu baxımdan ilin sonuna qədər mal ətinin qiyməti ən azı 30 faiz bahalaşacaq:

“Bu bahalaşma qaçılmazdır. Nəzərə alaq ki, qış aylarında maldarlıq təsərrüfatlarının təminat problemi yaranır”.

Gülşən Şərif


SON XƏBƏRLƏR