• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Monteneqro 2026-cı ilin sonuna kimi Aİ-yə daxil ola bilər
DÜNYA
08 Sentyabr 2025 | 16:28

Monteneqro 2026-cı ilin sonuna kimi Aİ-yə daxil ola bilər

"Monteneqro Aİ-yə daxil olmaq üzrə Avropa Komissiyası ilə danışıqları 2026-cı ilin sonuna kimi başa çatdıra bilər".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu  Avropa komissarı Marta Kos mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki namizəd dövlət Aİ üzvlüyünə doğru xüsusi irəliləyiş əldə edib:

"Monteneqro artıq qoşulmaq üçün bütün meyarlara cavab verir. Əgər işlər bu şəkildə davam edərsə, biz danışıqları 2026-cı ilin sonuna qədər, ondan sonra isə Albaniya ilə yekunlaşdıracağıq".

Qeyd edək ki, Aİ-yə üzvlük üçün rəsmi namizəd statusu Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro tərəfindən verilir. İcmaya qoşulmaq üçün danışıqlar uzun çəkir. Türkiyə 1999-cu ildən, Serbiya 2012-ci ildən, Monteneqro 2010-cu ildən namizəd statusuna malikdir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR