• Bakı 14° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Bu hərəkətlərinə görə tənqid olundular
DÜNYA
05 Noyabr 2025 | 00:10

Bu hərəkətlərinə görə tənqid olundular

Britaniya kral ailəsinin üzvləri şahzadə Uilyam və Keyt Middlton xidmətçilərinə göstərdikləri təşəkkür jestinə görə ictimai tənqidə məruz qalıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinin məlumat yayıb.

Məlumata görə, kral ailəsinə yaxın mənbə bildirib ki, cütlük öz xidmətçi heyətinə minnətdarlıq bildirmək üçün “Forest Lodge” yaxınlığında yerləşən “The York Club”da kiçik ziyafət təşkil edib. Onun sözlərinə görə, tədbirdə yalnız yüngül qəlyanaltılar və içkilər təqdim olunub. Nəşr yazır ki, ziyafət olduqca sadə və təmtəraqsız keçib ki, bu da kral ailəsinin çox işləyən personalına qarşı “ucuz təşəkkür” jesti kimi qiymətləndirilib.

Qeyd edək ki, sözügedən məsələ sosial şəbəkələrin Britaniya seqmentində müzakirələrə səbəb olub.


SON XƏBƏRLƏR

04 Noyabr 2025