• Bakı 16° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Zəfər paradının aparıcısı o olacaq
CƏMİYYƏT
05 Noyabr 2025 | 00:16

Zəfər paradının aparıcısı o olacaq

Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək. 

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib. 

Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.


SON XƏBƏRLƏR

04 Noyabr 2025