• Bakı 16° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib
DÜNYA
05 Noyabr 2025 | 00:15

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib

HƏMAS israilli girovun meyitinin olduğu tabutu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.

Bakıvaxtı.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hazırda tabut girovun şəxsiyyətin müəyyənləşdirilməsinin aparılacağı Təl-Əvivə aparılır.

Qeyd edək ki, atəşkəs razılaşmasına uyğun olaraq HƏMAS tərəfindən İsrailə təhvil verilməsi nəzərdə tutulan 28 girovdan indiyə qədər 20-si geri qaytarılıb - bunlardan 18-i İsrail, ikisi isə Taİland və Nepal vətəndaşlarıdır.

Bundan əvvəl HƏMAS sözçüsü hərəkatın girovların meyitlərinin təhvil verilməsi prosesini başa çatdırmaq üçün çalışdığını bildirib.


SON XƏBƏRLƏR

04 Noyabr 2025