• Bakı 29° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

ÇL: Fənərbaxça pley-off mərhələsi üçün meydana çıxır
İDMAN
10 Avqust 2026 | 11:52

ÇL: "Fənərbaxça" pley-off mərhələsi üçün meydana çıxır

"Fənərbaxça" avqustun 12-də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ikinci oyununda səfərdə Avstriyanın "Şturm Qraz" komandası ilə qarşılaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Libenau" stadionunda keçiriləcək oyun Bakı vaxtı vaxtı ilə saat 22:30-da başlayacaq.

Oyunu İspaniya Futbol Federasiyasından Alejandro Hernandez idarə edəcək. Onun köməkçiləri isə İspaniyadan olan Xose Naranjo və Markos Serdan Aguilar olacaq.

Kadıköydə keçirilən ilk oyunda 2-0 hesabı ilə qalib gələn "Fənərbaxça" pley-off mərhələsinə yüksəlməyi hədəfləyir.

"Sarı-göylər"in irəliləməsi üçün qələbə, heç-heçə və ya bir qolluq məğlubiyyət kifayət edəcək.

Ev sahibi komanda iki qol fərqi ilə qalib gələrsə, oyun əlavə vaxta keçəcək. "Şturm Qraz" iki qoldan çox fərqlə qalib gələrsə, "Fənərbaxça" UEFA Avropa Liqasında səyahətinə davam edəcək.

Əgər "Fənərbaxça" irəliləyərsə, qrup mərhələsinə vəsiqə qazanmaq üçün pley-off matçında Fransadan "Olimpik Lyon" və ya Çexiyadan "Sparta Praqa" ilə qarşılaşacaq.

"Fənərbaxça"nın "Şturm Qrats"a qarşı yalnız bir oyunçusu yoxdur.

İlk oyunda zədə alan hollandiyalı oyunçu Oostervolde cavab matçında oynaya bilməyəcək.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026