Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Buxarestdə keçirilən Dünya Seriyasının əsas qrupundakı oyunlarının vaxtı müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Raşa Deliçin başçılıq etdiyi yığma C qrupunda ilk olaraq Sinqapurla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Yığma ikinci görüşdə isə Ukrayna ilə üz-üzə gələcək. Matç 21:15-də start götürəcək.