• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Elektron ticarət həm də qənaətə imkan verəcək - Dos. İlham Əhmədov yazır
YAZARLAR
05 Yanvar 2022 | 12:17

Elektron ticarət həm də qənaətə imkan verəcək - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Bir neçə onilliklər əvvəl heç kim məhsulların internetdə sifariş verilə biləcəyini və qısa müddətdə çatdırılacağını təsəvvür edə bilməzdi. Lakin koronavirus pandemiyası insanların alış-veriş haqqında düşüncə tərzini dəyişdi və pərakəndə satış şirkətlərini  iş  mexanizmini dəyişməyə məcbur etdi. İnsanlar marketlərdə alış-veriş etməyə, tövsiyə  əsasında  nələrsə almağı, sürətli və təhlükəsiz çatdırılmadan həvəslə istifadə etməyə başladılar. 

Bəs gələcəkdə ticarəti nələr  gözləyir? Nağd ödənişlərdən və oflayn mağazalardan nə zaman  qurtulacağıq? Gələcəkdə qida çatdırılmasının hansı üsulları gündəmə gələcək?

İnternetin inkişafı ilə ticarət rəqəmsal məkana uğurla inteqrasiya etdi. Sözün əsl mənasında istənilən məhsulu onlayn sifariş etmək mümkündür və demək olar ki, hər bir ölkədə böyük onlayn mağazalar var. Buna görə də, şəbəkə satışlarının həcmi böyükdür və böyük sürətlə də  artıır.  Statistik məlumatlara görə, 2014-cü ildə qlobal e-ticarət bazarı 1,3 trilyon dollar dəyərində qiymətləndirilib. 2021-ci ildə demək olar ki, beş trilyon dollara çatıb.  Bir neçə ildən sonra yeddi trilyon dollara yaxınlaşacaq.

Elektron ticarət bütün pərakəndə satışların təxminən 18 faizini təşkil edir və qlobal onlayn bazar hər il 25 faiz artır.

İnternetdə alış-veriş bir anda bir neçə problemi həll edir və müasir insanın həyat tərzinə üzvi şəkildə inteqrasiya olunur. 1) vaxta qənaət edirlər. Çörək və ya paltaryuyan maşın almaq üçün mağazaya getməyə ehtiyac yoxdur - hər şeyi uzaqdan etmək olar. 2) qiymətləri brauzer və ya proqram pəncərəsində müqayisə etmək mümkün olduğu üçün pula qənaət edilir. 3) enerji sərf etməyə ehtiyac yoxdur: mağazanın kuryerləri  aldığınız malları özləri gətirəcək və onları qapınızın astanasında  sizə təhvil verəcəklər, sadəcə  əvvəlcədən razılaşma olmalıdır. 4) artıq ikinci ildir ki, tüğyan edən pandemiyanı nəzərə alsaq, o, həm də təhlükəsizdir, çünki koronavirusa yoluxma riski azalır.

Malların satışının ənənəvi modelindən rəqəmsal modelinə keçid artıq futuristik bir şey kimi görünmür - onlayn mağazalar və bazarlar bizi hər yerdə əhatə edir. Sənaye hər gün təkmilləşir: çeşid artır, malların yeni kateqoriyaları meydana çıxır, sifarişlərin qəbulu və çatdırılması tədricən avtomatlaşdırılır.  Məsələn,  Rusiyanın 150 şəhərində fəaliyyət göstərən SberMarketə diqqət edək. O, 120-dən çox pərakəndə satıcıya mal çatdırır. Pik günlərdə,  bazar günündə 100 mindən çox sifariş verilir.

İstənilən məhsulu almaq seçimdən başlayır. Çox vaxt elə  olur ki, istehlakçı təsadüfən mağazaya girir və  nə istədiyini heç özü də bilmir. Bu halda, müasir bazarlar tövsiyə sistemlərindən istifadə edərək,  ona  düzgün seçim etməyə kömək edilir.  Bu cür sistemlər müxtəlif yollarla təşkil edilir və tamamilə fərqli xidmətlərdə əks edilir,  məsələn, alqoritmlər sizə maraqlı xəbərlər və ya internetdə məqalələr göstərir, onlayn kinoteatrda film seçməyə kömək edir. Onları bir məqsəd birləşdirir: istehlakçıya müvafiq  kontent (məzmun)  və ya məhsul təqdim etmək.

Tövsiyələr  elektron ticarətdə  böyük rol oynayır. Onlayn bazarda fərdi məsləhətlər düzgün seçim etmək və müştərini  təsir dairənizdə saxlamaqda sizə kömək edir. McKinsey hesab edir ki, ticarət nəhəngi Amazonun gəlirinin 35 faizi tövsiyə mühərriki tərəfindən yaradılır. YouTube videolarının 60 faizi tövsiyələrdən gəlir, Netflix şoularının 75 faizi ağıllı axın xidməti lenti tərəfindən təklif edildikdən sonra istifadə  edilir.

Marketplaces indi istifadəçinin axtarış tarixçəsi və əvvəlki sifarişlər əsasında daha sadələşdirilmiş tövsiyə sistemindən istifadə edir. Alqoritm sayt ziyarətçisinin portretini tərtib edir və ona adətən eyni yaşda, coğrafi mövqedə, sosial statusda və gəlirdə olan istifadəçilərin aldığı məhsulları göstərir.  Elektron ticarət sistemləri satıcılara öz müştərilərini daha yaxşı tanımaqda, daha uyğun mal təklif etməkdə,  qiymət siyasətini formalaşdırmaqda, mövsümi ticarəti düzgün layihələndirməkdə, anbar sistemini optimallaşdırmaqda da yardımşı olur.

 


SON XƏBƏRLƏR

25 Aprel 2024