• Bakı 14° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Əraqçi Hörmüz boğazını omanlı həmkarı ilə müzakirə etdi 
DÜNYA
29 May 2026 | 22:31

Əraqçi Hörmüz boğazını omanlı həmkarı ilə müzakirə etdi 

İranın xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığında Hörmüz boğazının idarə olunması və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Çox məhsuldar telefon danışığı zamanı xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın istənilən təhdid qarşısında Omanla həmrəyliyini ifadə etdim. Hörmüz boğazını və onun gələcək idarə olunmasını suveren öhdəliklərimiz və beynəlxalq hüquq çərçivəsində müzakirə etdik. Bütün qonşu dövlətlərlə məsləhətləşmələri alqışlayırıq”, — iranlı nazir bildirib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə artan gərginlik fonunda onun təhlükəsizliyi diqqət mərkəzindədir.


SON XƏBƏRLƏR