• Bakı 25° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik
DÜNYA
13 Iyul 2025 | 16:58

Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyanla telefon danışığında ölkəsinin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını yaxından izlədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan Qafqazda sülhün bərqərar olması üçün səyləri dəstəkləməyə davam edəcəklərini deyib.

Ərdoğan “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması istiqamətində əhəmiyyətli bir addım atdıqlarını və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Al Nahyan da Türkiyənin “Terrordan azad Türkiyə” hədəfinin regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyini bildirib və Ankaranın bu prosesi uğurla başa vuracağına ümid etdiyini nəzərə çatdırıb.

Ərdoğan həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji tərəfdaşlığın müsbət təsirinin hər sahədə özünü göstərdiyini və iki ölkənin müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla bir çox sahədə böyük potensiala malik olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025