İndoneziyanın Qərbi Yava vilayətində torpaq sürüşməsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub.
80 nəfərin isə itkin düşdüyü bildirilib.
İndoneziya hakimiyyəti hadisə ilə bağlı axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Qeyd edək ki, baş verən sürüşmə bir gün öncə başlayan leysan yağışları səbəbindən yaranıb.
Bakı 












