İran Prezidenti Məsud Pezeşkian Çinlə imzalanmış sazişlərin həyata keçirilməsi üçün birgə fəaliyyətə çağırıb.
Bakıvaxtı.az bu barədə "Tasnim"ə istinadla xəbər verir.
O, Pekinə səfəri zamanı əldə olunan anlaşmaların real addımlarla dəstəklənməsinin vacibliyini vurğulayıb.
Prezident bildirib ki, elmi, sənaye və kommersiya sahələrində əməkdaşlıq ölkənin inkişafına töhfə verməlidir.
Pezeşkian həmçinin İranın qonşu və müttəfiqlərlə əlaqələrinin genişlənməsinin əməkdaşlığı gücləndirdiyini qeyd edib.
O, İsrailin təcavüzkar siyasətini pisləyərək, bunun ABŞ və Qərbin dəstəyi ilə həyata keçirildiyini bildirib.
Əli Hüseynov