• Bakı 29° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

İraq Türkiyəyə neft ixracını bərpa edir: Ucuzlaşma olacaq?
DÜNYA
07 Avqust 2025 | 14:07

İraq Türkiyəyə neft ixracını bərpa edir: Ucuzlaşma olacaq?

İraqdan neftin boru kəməri ilə Ceyhana ixracı bərpa olunacaq.

Bakıvaxtı.az xəbər verir ki. bunu İraqın neft naziri Hayyan Əbdül Qani bildirib.

O, açıqlamasında "Biz bu gün və ya sabah Kürdüstanla razılaşmadan sonra Türkiyənin Ceyhan limanı vasitəsilə gündəlik ilkin 80 min barel neft ixracını bərpa edəcəyik" sözlərini söyləyib.

Xatırladaq ki, İraq və Türkiyəni birləşdirən Kərkük-Ceyhan neft kəməri 2023-cü ilin fevralında böyük zəlzələdən sonra fəaliyyətini dayandırıb. Parisdəki Beynəlxalq Arbitraj Məhkəməsinin (ICC) Bağdadın icazəsi olmadan Kürdüstan Regional Hökumətinə müstəqil boru kəməri tədarükünü asanlaşdırmaqla, ikitərəfli razılaşmanı pozduğuna dair qərarından sonra Ankara martın 25-də Şimali İraqdan neft ixracını dayandırıb. İraq isə uzun müddətdir ki, ixracı bərpa etmək üçün Türkiyə ilə razılığa gələ bilmirdi.

İraqın Türkiyəyə neft ixracını yenidən bərpa etməsi hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İraqın Türkiyəyə neft ixracı xüsusi təsirlərə malik olmayacaq:

“Azərbaycan da Ceyhan limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru xətti (BTC) ilə neftini ixrac edir. Ceyhan limanından yayılan nefti hansı ölkələr istəsə alır. İraqın Türkiyəyə neft ixracı neft bazarında təklifi əhəmiyyətli dərəcədə artırmayacaq. Bu isə neftin qiymətlərinin ucuzlaşmasına səbəb olmayacaq”.

Xalid Kərimli, iqtisadçı

Hər gün dünya bazarında təxminən 100 milyon barel neft satıldığını deyən müsahibimiz bildirib ki, qeyd olunan 80 min barel isə ciddi dəyişikliyə yol açmır. Bu məsələ daha çox İraq üçün vacibdir.

İqtisadçıya görə, İraqın ixracı yalnız onun mənafeyinə uyğundur. Çünki əlavə ixrac marşrutu əldə etmiş olacaq və ya əvvəlki ixrac marşrutunu bərpa etmiş olur.

Gülşən Şərif


SON XƏBƏRLƏR