"Norviç"in 16 yaşlı istedadlı futbolçusu Adjay Tavares karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Bakıvaxtı.az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin danışıqları müsbət sonluqla tamamlamaq üzrə olduğunu vurğulayıb.
İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarına dəvət almış Portuqaliya əsilli Adjay "Norviç"in U-18 komandasında çıxış edir. Daha öncə hücumameyilli yarımmüdafiəçinin adı Dortmund "Borussiya"sı, "Bayern Münhen", "Milan", "Yuventus", "Arsenal", "Mançester Siti" və "Çelsi" kimi Avropa nəhəngləri ilə yanaşı çəkilib.
Bakı 












