İspaniya hökumətinin sözçüsü, təhsil və idman naziri Pilar Aleqria Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib.
Bakıvaxtı.az bu barədə İspaniya mətbautına istinadən xəbər verir.
Nazir Rusiyanın Ukraynaya təcavüzündən sonra beynəlxalq idman yarışlarına qadağa qoyulduğunu xatırladıb və bunun İsrailə də şamil edilməli olduğunu bildirib.
“İkili standartların” tətbiq edilməməsini xahiş edən Aleqria İspaniya hökumətinin bu məsələni digər Aİ üzvü ölkələrlə müzakirə etməyə açıq olduğunu diqqətə çatdırıb.
Əli Hüseynov