İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HAMAS lideri Xəlil əl-Hayya öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-ərəbiyyə" telekanalı məlumat yayıb.
Hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğu bildirilir.
***
17:27
İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA) birgə bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bəyanatda deyilir ki, “HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib”.
"İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər.
Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb.
İsrail Müdafiə Qüvvələri və ISA 7 oktyabrda kütləvi qətldən məsul olan HAMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək", - bəyanatda deyilir.