İsrailə atılan hər bir raketə görə İran diktatoru cəzalandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı İsrailin müdafiə naziri İsrael Katz özünün “X” hesabında bildirib.
“İsrail ordusu hazırda misli görülməmiş intensivliklə Tehranın mərkəzində rejimin hökumət və repressiya qüvvələrini vurur. İsrailə atılan hər bir raketə görə İran diktatoru cəzalandırılacaq və zərbələr tam qüvvətlə davam edəcək”, - Katz qeyd edib.