• Bakı 18° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İstanbulda 6 bal gücündə zəlzələ OLA BİLƏR
DÜNYA
04 May 2025 | 09:25

İstanbulda 6 bal gücündə zəlzələ OLA BİLƏR

Ötən gün İstanbulun Silivri sahillərində baş verən zəlzələ bu il aprelin 23-də baş verən zəlzələlərin davamıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu türkiyəli geoloq Şənər Üşümezsoy bildirib.

Onun sözlərinə görə, bölgədə dərin bir fay xətti mövcuddur və bu xətt hissə-hissə qırılır:

“Bu zəlzələ 2019-cu və 23 apreldə olan zəlzələlərin davamıdır. Çökəkliyə doğru gedən bu sahədə 6 bal gücündə zəlzələ ola bilər. Bu, dərin bir faydır. Fay yavaş-yavaş qırılır. Bir anda 7 və ya 7,2 bal gücündə zəlzələ olacağına dair tezis artıq qüvvədən düşüb. Ona görə də qorxulu bir vəziyyət yoxdur”.

Riskli bölgələr barədə danışan alim Kütahyanın Simav rayonunu xüsusi olaraq vurğulayıb:

“Simav dağının qarşısında yerləşən Simav çökəkliyinin şərq hissəsində 1971-ci ildə 7,1 bal gücündə zəlzələ olmuşdu. Qərb hissəsində isə o illərdə 6,5 bal gücündə zəlzələ baş vermişdi. Hazırda aktiv gördüyüm hissə Simav dağının önüdür”./axar.az


SON XƏBƏRLƏR

03 May 2025