Almaniya Kansleri Fridrix Merts və xarici işlər naziri Yohan Vadeful Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rumaniyada yaşayış binasına düşməsini kəskin şəkildə pisləyiblər.
Bakıvaxtı.az Modern.az xəbər verir ki, Kansler Fridrix Merts X platformasında paylaşdığı bəyanatda Almaniyanın NATO-dakı müttəfiqi Rumaniya ilə həmrəy olduğunu vurğulayıb: “Rumıniyada pilotsuz uçuş aparatının düşməsi Rusiyanın eskalasiyaya hazır olduğunu bir daha nümayiş etdirir. Almaniya NATO müttəfiqlərinin yanındadır. Bu hadisə bir daha göstərir ki, Alyansın şərq cinahında NATO-nun güclü mövcudluğuna ehtiyac var. Biz NATO ərazisini müdafiə etməyə hazırıq”.
Almaniya Xarici İşlər Nazirliyi və bir sıra rəsmilər də insidenti qınayaraq, NATO-nun şərq cinahında mövcud təhdidlərin ciddi qəbul edilməsinin vacibliyini bildiriblər.
Xarici işlər naziri Yohann Vadeful Rusiyanın hərəkətlərinin kollektiv təhlükəsizliyə təhdid yaratdığını qeyd edib. O, Avropanın birlik nümayiş etdirməsinin vacibliyin bildirərək, ölkəsinin Rumıniya ilə həmrəy olduğunu ifadə edib. “Biz NATO çərçivəsində Ukraynanın müdafiə qabiliyyətini və Avropanın müdafiəsini gücləndirməkdə davam edəcəyik”, - deyə Y.Vadeful X paylaşımında vurğulayıb.
Bakı 












