• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kira Naytlinin məşhur libası hərraca çıxarılır
ŞOU
29 Noyabr 2026 | 16:02

Kira Naytlinin məşhur libası hərraca çıxarılır

Britaniyalı aktrisa Kira Naytlinin 2007-ci ildə ekrana çıxan “Kəffarə” filmində geyindiyi məşhur yaşıl libas “Christie’s” hərrac evində satışa təqdim olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, dizayner Jaklin Düran tərəfindən hazırlanan ipək libas dekabrın 9-da hərraca çıxarılacaq. Onun 100-120 min funt-sterlinqə (təxminən 223-267 min manat) satılacağı gözlənilir.

Filmin rejissoru Co Rayt libasın rəngini şəxsən seçib. Dərin dekoltesi, açıq kürəyi və yerə qədər uzanan ətəyi ilə seçilən libas ekran tarixinin ən məşhur geyimlərindən biri hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026