FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.
Bakıvaxtı.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki mövqeyi bəlli olub.
Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1300.4 xalla 74-cü sırada qalıb. Yəni, əvvəlki reytinqlə müqayisədə yığmanın mövqeyində dəyişiklik olmayıb.
Qeyd edək ki, reytinq cədvəlinə İspaniya seçməsi (2066,79) başçılıq edir.