• Bakı 28° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Qarabağ daha bir oyunçu transfer etdi
İDMAN
11 Iyul 2025 | 22:45

"Qarabağ" daha bir oyunçu transfer etdi

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə "2+2" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da "6" nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.


SON XƏBƏRLƏR

11 Iyul 2025