• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Qətərdən ötən qatar…- Əkbər Qoşalı yazır
YAZARLAR
19 Dekabr 2022 | 10:09

Qətərdən ötən qatar…- Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Qətərdə keçirilən futbol üzrə Dünya çempionatı başa çatdı. Məkumunuz, Argentina ilə Fransanın qarşılaşdığı finalda nə az-nə çox, düz 12 qol vuruldu! - 7:5 (3:3)! 

Haqq üçünə finala layiq oyun oldu. 

Hər iki komanda iki dəfə Dünya Kubokuna sahib çıxmışdı. Komandalar demək olar, eynigüclü təsir bağışlayırdı. Amma…

Fransa yığmasına Afrika qitəsinin yığma komandası kimi də yanaşmaq olardı - özəlliklə, əlavə vaxtın ikinci bölümündə Fransanın tək qapıçısı ağarırdı, qalanları qarabalalardı… Komandada fransız ruhu yox, Afrikanın dirəniş ruhu vardı, Afrika qələbəyə təşnəliyi vardı… Fransa formasında oynasalar da, onlar, sanki Fransa üçün oynamırdılar, necə deyərlər, futbol və özləri üçün oynayırdılar… Bəlkə də bu, şüuraltı hadisəydi… At kimi çapan Mbappe və digər qarabalalar olmasa, Fransa, heç yatımfinala keçəmməzdi.

Argentina bu gün üçün düz 36 ildi çalışırdı. Nə təvafüqdü, Argentina kapitan Messinin yaşı (36) qədər gözləmişdi bu günü…

Mbappedən fərqli olaraq, Messi üçün bu, son Dünya Çempionatıydı. Yaş fiziki imkanlarda gərginlik yaratsa da, təcrübə qazandırır. Gənc 10 nömrə 4, qoca 10 nömrə 3 qol vursa da, sevinən tərəf Argentina oldu. Haqq üçünə deyək, Argentina daha çox ağıllı, qələbə israrlı oynayırdı; Fransada, “ümid sənədir ancaq, qarabala Mbappe” düşüncəsi hakimiydi sanki… 
Kərim Benzemanın yoxluğunda ağlrlıq əsasən onun çiyinlərində, pardon, ayaqlarında və başındaydı…

Bəlkə də, qitə mənsubiyyətinə görə, (Argentina ilə müqayisədə) mədəniyyətinə yaxından bələdliyimizə, sıx iqtisadi-ticari əlaqələrə malik olduğumuza görə Fransaya azarkeşlik etməyimiz daha uyğun sayılardı; lakin Fransa siyasi rəhbərliyi, qanunvericiləri son illər, son aylar o qədər urvatsız, ədalətsiz hərəkətlərdə, açıqlama və qətnamələrdə bulundu ki, onların üzündən futbol komandasına azarkeşlik etmək belə bizimçün yaraşıqsız, hətta ayıb olardı. Ona görə, Azərbaycan əsasən Argentinaya azarkeşlik edirdi. - Ən azından sosial medianın Azərbaycan seqmentindən belə görünürdü. Görünqrdü ki, Makronun Qətərdən diribaş qayıtmaması üçün Argentina, Messi üçün dua edilirdi…

(Argentinanı tutmağımız məhz Fransa ilə qarşılaşdığına görəydi - Mərakeşlə qarşılaşsaydı, belə olmayacaqdı təbii. - Yoxsa, Argentina üçün çox da gözümüz uçmurdu. Dünya siyasətində etkili olmayan Argentina BMT TŞ daimi üzvü Fransadan və Kanadadan sonra “erməni soyqırımı” haqqında ən çox sənəd qəbul etmiş 3-cü ölkədir (2 qanun, 3 təklif)).

Hərçənd “siyasət başqa, idman başqa” deyib keçənlər ola bilər, məncə gözdəndüşmüş Fransanı 
elə bütün uğursuzluqları və urvatsızlıqları ilə birgə kiçik bacısı Ermənistanın yanında qoyub, öz futbol gələcəyimizi düşünməliyik. Xorvatiya artıq 3-cü dəfə, Mərakeş ilk dəfə yarımfinal oynamaqla örnək yaratdıysa, biz də bacararıq - hər nə qədər gecikmiş olsaq da, bir yerdən başlamaq lazımdır. 

Ümidvaram, ən uzağı, Qarabağda, Zəngəzurda işləri qaydaya saldıqdan sonra, digər əməli fəaliyyət sahələri kimi futbol təsərrüfatı mövzusu da ölkəmizdə fərqli bir müstəviyə keçəcək, canlandırılacaq, canlanacaqdır. İşləri paralel də aparmaq olar. Dünya çempionatlarında iştirak, hələ-hələ yatımfinal, finsl oynamaq ölkəyə nələr qazandırır -saymaqla qurtarmaz…

Avropa, Dünya finallarında Azərbaycanı, Türkiyəni (növbəti çempionatda qardaş ölkələr arasında ən şanslı və ümumən şanslı komandanı), Qazaxıstanı, Özbəkistanı, Macarıstan və Ukraynanı (digər qardaş ölkələri) görmək ümidi ilə…

P.S. Fransa yığmasının qeyri-fransız tərkibi bir məsələni də üzə çıxarmış olur: demək, Fransa futbolunun başbilənləri ədalətli seçim edir, haqqı çatanı yığma komandaya salır və bu vaxt onun milli, irqi mənsubiyyətini yox, komandaya qazandıra biləcəklərini nəzərə alır. Bax, məhz bu məsələdə bizim futbol başbilənlərimizin mütləq etməli olduqlarına - ədalətli davranmaqlarına ehtiyac vardır…

Bakıvaxtı.az


SON XƏBƏRLƏR