• Bakı 27° C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Moskva və Tehrana ufaq bir xatırlatma - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Avqust 2025 | 08:40

Moskva və Tehrana ufaq bir xatırlatma - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

ABŞ təkcə Ermənistan ilə Azərbaycan arasında deyil, həm də Rusiya ilə Ukrayna arasında barış sürəcində iştirak edir. Bəs Alyaskada gözlənilən cümə görüşü nə deməkdir?

ABŞ bölgəyə bizim tərəfdən çağırılmayıb; əgər çağırılıbsa, birincisi, Tehranın “gəl-gəl” etməsi ilə olub. Lakin önəmli bir fərq var: bizim örnəkdə ABŞ yol, dialoq, dostluq, barış və digər humanitar və ya ticari anlaşmalara şahid olaraq gəlir; İrana isə bomba, raket və sanksiya ilə gəlmişdi. Görəsən, hansı daha yaxşıdır?..

Vaşinqtonun Moskvaya başqa cür, Tehrana fərqli şəkildə təmasları ola bilər də, bizə barış və inkişaf adına şahidliyi olmazmı? Sizə adət, bizə bidətmi?

Zəngəzur dəhlizi 5 ildir, hətta 34-35 ildir bağlıykən ABŞ burada deyildi. Rusiya “qara zolaq”, İran isə “qırmızı cizgi” peşindəydi. Elə deyilmi? İndi o qara və qırmızı məsələləri özünüzə saxlayın - biz yolların açılmasının tərəfdarıyıq.

Və imzası yalnız kağız üzərində qalanlardan fərqli olaraq, bizim sözümüz imzamız qədər keçərlidir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR