Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” turniri keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matçda “Premyer Liqa məşqçiləri” ilə “Neftçi 2000-lər” komandaları qarşılaşıblar.
Görüş 1:1 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında məlum olub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov penaltini dəqiq yerinə yetirə bilməsə də “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəliblər.
Qalib komandaya “Legends Cup” kuboku təqdim olunub.