• Bakı 24° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi
SİYASƏT
11 Iyul 2025 | 22:14

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Düjarrik BMT Baş katibinin iki lider arasında keçirilən görüşə münasibətinə dair sualına cavab olaraq bildirib.

Sözçü bildirib ki, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir:

“Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş müqavilədə imzalananların möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”, - sözçü vurğulayıb.


SON XƏBƏRLƏR

11 Iyul 2025