• Bakı 12° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Gəncədəki qəza ilə bağlı BakuBus-dan RƏSMİ AÇIQLAMA 
CƏMİYYƏT
05 Dekabr 2025 | 18:44

Gəncədəki qəza ilə bağlı "BakuBus"-dan RƏSMİ AÇIQLAMA 

Gəncədə ahıl qadın avtobusdan düşərkən yıxılaraq xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1947-ci il təvəllüdlü M. Nəsrullayeva “BakuBus” MMC-yə məxsus 4 saylı marşrut xətti üzrə hərəkət edən avtobusdan düşərkən yıxılıb. Qadın Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan bildirilib ki, pasiyentin hər iki biləyində və sağ diz oynağında sıyrılmış-cızılmış yaralar aşkarlanıb. Lazımi tibbi yardım göstərildikdən sonra qadın ambulator müalicə üçün evə buraxılıb.

Məsələ ilə bağlı “BakuBus” MMC Bakıvaxtı.az-a açıqlama verib.

Qurumdan bildirilib ki, video müşahidə kameralarının araşdırılması nəticəsində hadisənin saat 14:00 radələrində Heydər Əliyev prospekti 696 ünvanındakı dayanacaqda baş verdiyi müəyyən olunub.

Məlumata görə, sərnişin avtobusdan düşdükdən sonra qəfil geri dönərək orta qapıdan avtobusa minməyə cəhd edib ki, bu da qaydalara ziddir. Qapılar bağlanarkən sərnişin qapı arasında qalıb və təhlükəli vəziyyət yaranıb.

“Hadisəni görən sürücü dərhal sərnişinə yaxınlaşaraq yardım göstərib. Sərnişinin vəziyyətinin normal olduğu təsdiqləndikdən sonra o, növbəti dayanacaqda avtobusu təhlükəsiz şəkildə tərk edib”, – qurumun açıqlamasında qeyd olunur.

“BakuBus” araşdırma zamanı sürücünün məsuliyyətinin olmadığının müəyyən edildiyini vurğulayaraq sərnişinləri ictimai nəqliyyatda qaydalara riayət etməyə çağırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR