• Bakı 15° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Rusiyanın Ternopola endirdiyi zərbə nəticəsində ölənlərin sayı 28-ə çatıb
DÜNYA
21 Noyabr 2025 | 04:02

Rusiyanın Ternopola endirdiyi zərbə nəticəsində ölənlərin sayı 28-ə çatıb

 Rusiyanın Ukraynanın qərbindəki Ternopol şəhərinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, xilasedicilər çoxmərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədini çıxarıblar. Beləliklə, həlak olanların sayı 28-ə yüksəlib, onlardan üçü uşaqdır.

"94 nəfər xəsarət alıb, 16 nəfər isə itkin düşmüş hesab olunur", – xidmətdən bildirilib.


SON XƏBƏRLƏR

20 Noyabr 2025