25.08.2026-cı il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2006-cı il təvəllüdlü şəxsin (qadın) müalicəsi davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, boyun nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu təyin edilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, avqustun 25-də Tovuzda bıçaqlanma hadisəsi olub. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Günəş Mərd












