Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.
Ərdoğan 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan islahatlara ictimaiyyətin dəstəyinin bir göstəricisi olduğunu bildirib.
O, qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini inkişaf etdirmək üçün səy göstərəcəyini ifadə edib.












