• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Sabiq birlik sədrinin məhkəməsi başlayıb
HADİSƏ
04 Sentyabr 2025 | 11:32

Sabiq birlik sədrinin məhkəməsi başlayıb

"Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Müşavirədən sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.

    Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləyib.

    T.Xanəliyev Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

    Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    03 Sentyabr 2025