Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumat yayıb.
***
13:26
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.
Bakıvaxtı.az "Orda"ya istinadən xəbər verir ki, bu gün xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
Onlarla bərabər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb. Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyib.
Nurtleu Çindən ŞƏT sammitində qayıtdıqdan sonra evində tutulub, nüstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.
APA