• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı açıqlanıb
CƏMİYYƏT
14 Avqust 2025 | 12:41

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki illə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

    Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.


    SON XƏBƏRLƏR

    13 Avqust 2025