"Rusiyanın ticarət tərəfdaşlarına qarşı mümkün yeni ikinci dərəcəli sanksiyalar üzərində işləyirik".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ-nin Rusiyadan neft alan Hindistana tariflər tətbiq etməsi ilə bağlı sualı cavalandıran Tramp bildirib ki, sanksiya tətbiq ediləcək ölkələrdən biri də Çin olacaq.
"Biz daha çox ikinci dərəcəli sanksiyalar görəcəyik. Biz başqa dövlətlərə qarşı da rüsumlar tətbiq edə bilərik", - ABŞ prezidenti qeyd edib.
Gülşən Şərif