• Bakı 23° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dən deportasiya edildi
DÜNYA
30 Avqust 2026 | 23:18

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dən deportasiya edildi

Britaniyanın sağçı şərhçisi Milo Yanopulos ABŞ-da icazə verilən qalma müddətini aşıb. Bu səbəbdən deportasiya edilərək Britaniyaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, 41 yaşlı Yanopulos avqustun 27-də Yeni Orleana gəldikdən sonra ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb. O, 2019-cu ilin mayında ABŞ-a daxil olub və sonradan ölkədə qalma müddətini aşıb.

Maraqlıdır ki, Yanopulos əvvəllər ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsini və qanunsuz miqrantların kütləvi deportasiyasını dəstəkləyib. O, ICE əməkdaşlarının fəaliyyətini müdafiə edib və onlara hüquqi toxunulmazlıq verilməsini tələb edib.


Yanopulos 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın tərəfdarı olub, sonradan prezidentin özünü tənqid etsə də, onun siyasətinin bir hissəsini dəstəkləməyə davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026
29 Avqust 2026