• Bakı 27° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Ukrayna XİN rəhbəri NATO Baş katibinin müavini ilə görüşüb
DÜNYA
12 Iyul 2025 | 16:32

Ukrayna XİN rəhbəri NATO Baş katibinin müavini ilə görüşüb

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ukrayna XİN rəhbəri X platformasında paylaşım edib.

“Biz Haaqada keçirilən NATO sammitində Ukrayna ilə bağlı qərarların tam icra olunması üçün atılacaq addımları müzakirə etdik. Ukraynaya hərbi yardımları artırmaq əsas prioritetdir. Mən bizim təcili olaraq havadan müdafiə sistemlərinə olan ehtiyacımızı diqqətə çatdırdım. NATO Baş katibinin müavini ilə ortaq razılığa gəldik ki, Rusiyanı dayandırmağın ən yaxşı yolu sanksiyaları genişləndirmək və Ukraynaya silah tədarükünü artırmaqdır”- Sibiqa paylaşımında qeyd edib.

Ukraynanın ali diplomatı müttəfiqlərin Kiyevə hərbi dəstəyini yüksək qiymətləndirib.


SON XƏBƏRLƏR