Ukraynaya "Danimarka modeli" çərçivəsində müdafiə dəstəyi 2025-ci ildə 1,3 milyard avroya qədər artacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, Danimarka, İsveç, Kanada, Norveç və İslandiyadan 428 milyon avro məbləğində ilk tranş yaxın zamanda Ukrayna silahlarının (artilleriya, zərbə dronları, raketlər və tank əleyhinə vasitələr) istehsalına yönəldiləcək.
"Bu vəsaitin bir hissəsi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına daxil olacaq", - nazir əlavə edib.
R.Umerov həmçinin Ukrayna şirkətlərinin "Ramştayn" ölkələrinə investisiyaları və Avropa müdafiə şirkətlərinin istehsal müəssisələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı yeni strateji qərarları elan edib.