“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal bud əzələsindən aldığı zədədən sonra 2026-cı il dünya çempionatının startını buraxacaq.
Bakıvaxtı.az bu barədə The Athletic-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Yamal dünya çempionatının qrup mərhələsinin ilk oyununda Kabo-Verde ilə oynaya bilməyəcək. Oyun iyunun 15-də keçiriləcək. Bundan əlavə, Yamalın 21 iyunda Səudiyyə Ərəbistanı ilə keçirilməsi planlaşdırılan ikinci oyunda iştirakı da ciddi şübhə altındadır.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. İspaniya qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.
Bakı 












