• Bakı 26° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

YEDDİ BARMAQLA doğulan körpə əməliyyat olundu
DÜNYA
28 Avqust 2026 | 16:25

YEDDİ BARMAQLA doğulan körpə əməliyyat olundu

Rusiyanın Samara Dövlət Tibb Universitetinin klinikalarında nadir anadangəlmə inkişaf qüsuru – sol aşağı ətrafın hemimeliyası diaqnozu qoyulan 6 aylıq körpə müalicə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Samara Dövlət Tibb Universiteti məlumat yayıb.

Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərindən olan körpənin valideynləri ayağındakı deformasiyanı müşahidə etdikdən sonra həkimə müraciət ediblər. Aparılan müayinələr zamanı isə problemin yalnız ayağın deformasiyası ilə məhdudlaşmadığı müəyyən edilib.

Rentgen müayinəsi nəticəsində körpədə baldır sümüyünün anadangəlmə inkişaf etmədiyi, ayağında əlavə sümük elementlərinin olduğu və beş barmaq əvəzinə yeddi barmağın formalaşdığı aşkarlanıb.

Müalicə həkimi Olqa Baqdulinanın sözlərinə görə, bu, hemimeliyanın ən ağır formalarından biridir. Belə hallarda bəzən amputasiya zərurəti yarana bilər. Lakin körpənin valideynləri daha konservativ müalicə üsuluna üstünlük veriblər.

Müalicə prosesi uşağın anadangəlmə ürək qüsurunun olması səbəbindən daha da çətinləşib. Əvvəlcə Penza Federal Mərkəzində ürək qüsuru ilə bağlı mürəkkəb əməliyyat keçirilib. Uşağın vəziyyəti stabilləşdikdən sonra ortopedlər aşağı ətrafın müalicəsinə başlayıblar.

Mütəxəssislər Ponseti üsulu ilə ayağın korreksiyasını həyata keçirib və əlavə barmaqların çıxarılması üçün əməliyyat aparıblar.

Hazırda uşağın ayaqları arasındakı təxminən 5 santimetrlik uzunluq fərqini kompensasiya etmək üçün dabanı xüsusi formada hazırlanmış ortopedik ayaqqabılar hazırlanır. Bu vasitənin gələcəkdə uşaq yeriməyə başlayarkən çanağın əyilməsinin qarşısını alması nəzərdə tutulur.

Həkimlərin planına əsasən, körpə mərhələli gipsləmə kursundan keçəcək və gecələr xüsusi breketlərdən istifadə edəcək.

Olqa Baqdulinanın sözlərinə görə, İlizarov aparatı vasitəsilə ayağın uzadılması üzrə ilk əməliyyatın məktəbəqədər və ya ibtidai məktəb yaşına qədər təxirə salınması planlaşdırılır. Mərhələli müalicə yanaşmasının əsas məqsədi ətrafın yükdaşıma qabiliyyətini inkişaf etdirmək və gələcəkdə hərəkət məhdudiyyətlərini minimuma endirməkdir.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026