• Bakı 26° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Tbilisidə blogerin meyiti tapılıb
DÜNYA
28 Avqust 2026 | 16:43

Tbilisidə blogerin meyiti tapılıb

Abxaz bloger Daur Buava Tbilisidə yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan mediasının yaydığı məlumata görə, onun ölümünün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

İlkin məlumatlara əsasən, bloger bir neçə gün əvvəl həyatını itirib. Qeyri-rəsmi məlumata görə, binada kəskin qoxunun yayılmasından sonra qonşular xilasedicilərə müraciət ediblər.

Hadisə yerinə gələn xilasedicilər mənzilə daxil olduqda Daur Buavanın meyitini aşkarlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi fakt üzrə araşdırma aparıldığını bildirib. İstintaq Cinayət Məcəlləsinin intihara çatdırma hallarını nəzərdə tutan 115-ci maddəsi əsasında həyata keçirilir.

Hazırda blogerin ölümünə səbəb olan hallar araşdırılır. (Milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026