• Bakı 25° C

    12.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Türməyə telefon keçirmək istəyən şəxs tutuldu
HADİSƏ
28 Avqust 2026 | 17:24

Türməyə telefon keçirmək istəyən şəxs tutuldu

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    "Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", - Ədliyyə Nazirliyinin məlumatında bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR