• Bakı 25° C

    12.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

DTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdi
SİYASƏT
28 Avqust 2026 | 17:30

DTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdi

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.

DTX-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.

    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsi açıq elan olunub.

    Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, eləcə də dövlət suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatlarından ətraflı danışıblar. Əldə olunmuş tarixi qələbənin hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığı, bunun gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi ötürüləcəyi xüsusi vurğulanıb.

    Eyni zamanda, Vətən müharibəsindən ötən illər ərzində ölkəmizin reallaşdırdığı mühüm layihələrin, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin xalqımızın gücünü və iradəsini bütün dünyaya bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.

    Rəsmi hissədən sonra tanınmış incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda musiqi nömərləri ilə davam etdirilən tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə başa çatıb.


    DTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdiDTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdi
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR