• Bakı 26° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Məşhur “Xortitsa” zavodu bombalandı - Fotolar
CƏMİYYƏT
28 Avqust 2026 | 16:52

Məşhur “Xortitsa” zavodu bombalandı - Fotolar

Rusiya Zaporojyedəki “Xortitsa” spirtli içki zavodunu bombalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nexta.tv məlumat yayıb. 

Müəssisəyə dörd dəfə zərbə endirildiyi, zavodun ən azı üç saat yandığı bildirilir. “Global Spirits”in açıqlamasına görə, binaya çox ciddi ziyan dəydiyindən təmir edilməsi qeyri-mümkündür. 

Hücum nəticəsində şirkət artıq aksiz rüsumları ödənilmiş təxminən 3-4 milyon şüşə hazır məhsul itirib. İçkilərin bir hissəsi tamamilə yanıb, digərləri isə əriyib və hazırda utilizasiyaya məruz qalır.

Bir şüşənin orta qiyməti təxminən 100 qrivna (təxminən 3,80 AZN) olub. Hələlik dəyən ziyanın ümumi məbləği açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026