• Bakı 34° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Bu il sosial sahə üzrə 15 milyon müraciət qeydə alınıb

CƏMİYYƏT

30 Iyul 2024 | 10:51

Bu il sosial sahə üzrə 15 milyon müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-iyun aylarında 15 milyon müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2,5 milyon dəfə istifadə olunub. 127 min təyinat e-infrastruktur üzərindən və proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 159 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 6 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 340 milyon olub.


SON XƏBƏRLƏR

15 Iyul 2025