Cari ilin birinci rübündə Azərbaycana Səudiyyə Ərəbistanından fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,951 milyon ABŞ dolları olub.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,023 milyon ABŞ dolları, yaxud da 51,5% çoxdur. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında bu ölkədən Azərbaycan fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,928 milyon ABŞ dolları olmuşdu.
Hesabat dövründə Azərbaycana xaricdən ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 2,6% olub.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.